İmtahan nəticələri açıqlandıqca abituriyentləri aldatmağa çalışan dələduzların sayı da artır.
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi qəbul imtahanının nəticələrini artıra biləcəklərini iddia edən şəxslər bu yolla vətəndaşları aldadırlar.
Dələduzlar hətta blok balının maksimum 150 bal artıra bildiklərini də deyirlər. Elanlar o qədər sürətlə yayılır ki, bu işlə məşğul olanlara inanıb ödəniş edənlər də var. Buna görə vətəndaşlardan 100 manatdan 250 manata qədər pul istənilir.
DİM-in sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, son zamanlar imtahanların keçirildiyi müddətdə, eləcə də nəticələr elan olunduqdan sonra abituriyentləri aldatmağa çalışan dələduzların sayı artıb.
DİM rəsmisi onu da əlavə edib ki, vətəndaşlar bu tip saxta elanlara inanmamalıdırlar. Abituriyentin topladığı bal yalnız qurumun rəsmi saytlarında yerləşdirilir və bu ballara kənar müdaxilələrin edilməsi mümkün deyil.
Eskpertlər hesab edirlər ki, bu cür səhifələr daha çox xarici ölkələrdən idarə edilir.
Ətraflı süjetdə:
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı