Antiterror əməliyyatından sonra işğaldan azad edilən ərazilərdə yeni tullantıların zərərsizləşdirilməsi üçün poliqon ərazilər seçilib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu Təmiz Şəhər ASC-nin İdarə Heyətinin sədr müavini, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Sabit Zeyniyev ekoloji məsələlər üzrə işçi qrupun Ağdamda keçirilən növbəti iclasında deyib.
Onun sözlərinə görə, Ağdərə 10, Xocalıda 20, Xocavənddə 10 hektar ərazidə tullantıların zərərsizləşdirilməsi üçün poliqon yerləri seçilib:
"Xocalıda yerləşən poliqonda həm Xankəndi, həm də Şuşadakı tullantılar zərərsizləşdiriləcək. Xocalı və Xocavənddə yerləşdirilən poliqonlarda artıq Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) zərərsizləşdirmə işləri aparıb, Ağdərədə də yaxın zamanda bu iş həyata keçiriləcək".
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı