Bakıda şadlıq saraylarında qiymət artımı ötən ay da davam edib.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
2024-cü ilin iyun ayında şadlıq saraylarında sifarişlərin sayı 18.4 faiz artıb. Tələbin artması qiymətlərə də təsir göstərib.
Belə ki, şadlıq saraylarında iyun ayında qiymətlər 7 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 9.4 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 6.3 faiz yüksəlib.
Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 5.2 faiz artım qeydə alınıb.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı