Serfikasiya ilə bağlı fikirlərim birmənalı olmasa da, hər halda müəllimlərin sertfikasiyadan keçirilməsi onların məsuliyyətini artırır.
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq təhsil naziri Misir Mərdanov “Demədi Demə” Yutub kanalının “Qara-qırmızı” layihəsində qonaq olarkən deyib.
Azərbaycanda təhsilin ən böyük sahə olduğunu bildirən sabiq nazir sertfikasiya nəticələrindən narazılığını da ifadə edib:
“Bir müddət əvvəl təhsil naziri 4 min müəllimin sertfikasiyadan keçmədiyini açıqladı. Bu, olduqca narahatedici məqamdır. Niyə 4 min müəllim kəsilməlidir? Çıxan o qədər müəllimin yerinə sentyabrda məktəbə kim gələcək? Gələn il bundan yaxşı olacaqmı? İstər təhsil sahəsi, istərsə də digər sahələrdən olan insanın əmək fəaliyyətinin qiymətləndirilməsi ümumiyyətlə həssas və çox ciddi məsələdir”.
O, sovet təhsil sistemində bəzi mühüm ixtisasların mövcud olmadığını xatırladaraq, bunun bugünkü təhsil sistemindəki roluna toxunub:
“Qiymət verərkən gündəliyə yox, insanın prosesdəki fəaliyyəti diqqətə alınmalıdır. O zaman müəyyən elədik ki, dünyada diaqnostik, formativ, summativ qiymətləndirmələr var. Bunun hansının mahiyyətinin nə olduğunu aydınlaşdırmaq üçün çalışdıq. Müəllim bir müddət müşahidə aparıb, sinifdəki uşaqların fənn üzrə nə qədərinin hansı potensialda olduğunu aydınlaşdırmalı, formativ qiymətləndirmə əsasında isə onların hansı mühitdə, psixologiyada yetişdiyini müəyyənləşdirməli, təhsildə irəliləməsinə əngəl olan məqamları üzə çıxarıb, onun əsasında qiymətləndirmə aparmalıdır”.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı