Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev bir müddətdir ki, Naxçıvanda yaşayır.
Bu barədə özəl mənbələrdən Vətəninfo.az-a məlumat daxil olub. Mənbənin məlumatına görə Səfər Mehdiyev Naxçıvanda böyük biznes strukturlarını idarə edir. Bu işdə sabiq Komitə sədrinə yaxın adamı olan Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin sabiq rəisi, gömrük polkovniki Fuad Əlizadə yardımçı olur. Mənbə iddia edir ki, sabiq komitə sədrinə bağlı şirkətlər “APF Group” MMC halqasında birləşib. Şirkətin Bakıda ofisi olsa da, şirkət Naxçıvandan idarə olunur.
Mənbənin iddiasına görə son günlər Səfər Mehdiyevin ətrafındakı media resurslarının aktivləşməsi əbəs deyil. Belə ki, Səfər Mehdiyev Naxçıvandan parlament seçkilərinə qatılmaq istəyir. Belə ki, sabiq komitə sədri 5 saylı Şahbuz-Babək dairəsindən namizədliyini irəli sürmək niyyətindədir. Mənbə iddia edir ki, hətta Səfər Mehdiyev bu dairədən namizədliyini irəli sürmək üçün razılıq alıb və bu dairədə Səfər Mehdiyev Siyavuş Novruzovu əvəz edəcək. Qeyd edək ki, Səfər Mehdiyev də əslən naxçıvanlıdır.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı