Avropa Birliyinin (AB) minatəmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclası keçirilir.
BUTA.TV istinadla xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Minalardan təmizləmə sahəsində Azərbaycana dəstək layihəsinin rəhbər komitəsinin onlayn iclasında iştirak edirəm. Biz qürur duyuruq ki, AB-nin dəstəyi ilə Azərbaycanda insanların həyatı xilas edilir, o cümlədən konkret nəticələr əldə edilir. Xüsusilə qadın minatəmizləyicilərdən ibarət ilk komandanın yaradılması və bu prosesə Avropadan qeyri-hökumət təşkilatlarının (Links Europe, MAG, APOPO, IEPF) cəlb edilməsi qürurvericidir”, - paylaşımda vurğulanıb.
Diplomat, həmçinin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərliyinə “Avropa Birliyi Azərbaycan üçün” (EU4Azerbaijan) layihəsinin həyata keçirilməsində əməkdaşlığa görə təşəkkürünü bildirib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı