Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivləri, fikrimcə, kifayət qədər yüksəkdir.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
“Ermənistan Bakının şərtlərini qəbul etməyə hazırdır, iki ölkə arasında 12 km sərhədin demarkasiyası artıq həyata keçirilib, Ermənistan əvvəllər işğal etdiyi kəndləri Azərbaycana qaytarıb, ikitərəfli sülh prosesinin davam etdiyini deyə bilərik. O cümlədən Ermənistanın iradəsi ilə mən əminəm ki, hakimiyyət Konstitusiyadan Azərbaycana qarşı bütün ərazi iddialarını çıxaracaq, Azərbaycan da bunu tələb edir”, - politoloq qeyd edib.
Markov vurğulayıb ki, Zəngəzur dəhlizi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi hələ də sual altındadır:
“Lakin Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla sülhə sadiqdir. Noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransına qədər hər şey bu sazişin imzalanmasına doğru gedir.
Ermənistan üçün Azərbaycanla sülh imzalasa, daha yaxşı olar, ölkə həyatında yeni səhifə açılar”.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı