Azərbaycan və Ermənistan sülh danışıqlarında inanılmaz irəliləyiş əldə ediblər və uzun bir yol keçiblər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.
"Bu iki ölkə arasında sülh sazişi bu ölkələr və region üçün, regionda sülh, sabitlik və təhlükəsizlik üçün çox önəmli olacaq. Biz sazişin mümkün olduğunu düşünürük, lakin bunun üçün hər iki tərəfdən çətin seçimlər və çətin kompromislər tələb olunacaq. Ona görə də biz onları bu son fikir ayrılıqlarını həll etməyə və razılığa gəlməyə təşviq etməyə davam edəcəyik", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri iyulun 10-da NATO-nun 75 illiyinə həsr olunmuş sammit çərçivəsində görüşüblər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı sülh sazişi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
Tərəflər Azərbaycan və Ermənistanın tarixi sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması istiqamətində əldə etdiyi irəliləyişləri qeyd edib və bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəliblər.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı