Ukraynalıların təxminən 44%-i Rusiya ilə sülh danışıqlarına hazırdır, 35%-i isə əleyhinədir.
BUTA.TV xəbər verir ki, bu, Zn.ua nəşrinin sifarişi ilə Razumkov Mərkəzinin iyunun sonunda Ukraynada keçirdiyi sorğudan sonra ortaya çıxan nəticədir.
Nəticələr regionlar üzrə dəyişir. Məsələn, Ukraynanın mərkəzində 49%, qərbində 35%, cənubunda isə 60% respondent danışıqlar tərəfdarıdır.
Buna baxmayaraq, ukraynalılar Rusiya lideri Putinin irəli sürdüyü şərtləri qəbul etmir. Rəyi soruşulanların 83%-i Rusiyanın tələb etdiyi 4 regionu (Donetsk, Luqansk, Xerson, Zaporojye) verməyin mümkünsüz olduğunu bildirib.
Ukraynalıların yarısı (51%) 1991-ci il sərhədləri daxilində Ukraynanın rus qoşunlarından azad edilməsində israrlıdır, 26%-i 2022-ci ilin əvvəlində demarkasiya xəttində müharibəni dayandırmağa razıdır, yalnız 9%-i hazırkı sərhədi tanımağa meyillidir.
Respondentlərin 66%-i hesab edir ki, Rusiya döyüş meydanında məğlub ola bilər, 82%-in fikrincə, Qərb Ukraynanı kifayət qədər silahla təmin edərsə, qələbə mümkündür.
Maraqlıdır ki, ukraynalıların 46%-i hərbi xidmətdən yayınmaqda utancverici heç nə olmadığını deyib, yalnız 29% bunun ayıb olduğunu bildirib.
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- Aeroport şosesində qorxunc qəzanın - Anbaan videosu
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi
- “Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı