Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.
“BUTA.TV” xəbər verir ki, bu səbəbdən “Azərsu”ASC Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb. Məsələyə iddiaçı qurum da münasibət bildirib.
Qurumun yaydığı məlumatda deyilir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan Fərid Mirələmovun həmin ünvan üzrə mənzilə verilən içməli suya görə borcu yaranıb:
“Ona qanunauyğun şəkildə xəbərdarlıq olunsa da, borcu ödəməyib. Abonent Nəsimi rayonunda qeydiyyatda olduğuna görə “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” iddaçı qismində bu rayonun məhkəməsinə müraciət ünvanlayıb” .
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı