Donald Trampa sui-qəsd cəhdi edən atıcı təcrübəli olub və ehtimal ki, hücumdan əvvəl təlim keçib.
BUTA.TV xəbər verir ki, bunu odlu silahlar və döyüş sursatları üzrə amerikalı ekspert Lars Vinkelsdorf "Bild"ə Donald Trampa sui-qəsd cəhdinin videosunu təhlil etdikdən sonra deyib.
"O, ilk atəşlə Trampı vurdu. Zərbənin ancaq eks-prezidentin qulağına dəyməsi Trampın bəxtinin gətirməsidir. Atıcının nöqteyi-nəzərindən güllə dörd santimetr sağa getsəydi, o zaman güllə Trampın başına dəyəcək və ABŞ-ın keçmiş prezidenti çox güman ki, ölmüş olacaqdı. Atıcı təcrübəli və silahlardan anlayışı olan biridir. O, Trampdan təxminən 135 metr aralıda damda uzanmışdı. Siz sadəcə atəş aça bilməzsiniz, bu çətindir. Bunu etmək üçün təcrübə və xüsusi biliyə sahib olmaq lazımdır. Baş kiçik bir hədəfə bənzəyir, optika olmadan onu vurmaq çətindir. Bundan əlavə, qatil çox güman ki, xüsusi sursatdan istifadə edib", - o bildirib.
Mütəxəssisin fikrincə, atıcı hədəfdən çox az yayınıb ki, bu da güclü külək nəticəsində baş verə bilər.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı