Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 25-də paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək.
BUTA.TV xəbər verir ki, ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edəcək. Bunun üçün klassik avtomobil sahibləri avqustun 15-nədək AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciət etməklə qeydiyyatdan keçə bilər.
Yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq. Dənizkənarı Milli Park - Heydər Əliyev Mərkəzi -“Dreamland Golf Club” marşrutu üzrə yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək. Müxtəlif illərdə və ölkələrdə istehsal olunan bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edəcək.
Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçiriləcək. Hər kəs bu avtomobillərin qarşısında gözəl foto çəkdirib, klassik avtomobillərin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaq. Burada tanınmış ifaçıların iştirakı ilə retro tərzdə konsert və əyləncə proqramı təqdim ediləcək, viktorinalar, geyim və avtomobillər üzrə müxtəlif nominasiyalarda qaliblər seçiləcək.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı