İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Qalınçaq kəndində Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.
Yanğın zamanı ev sahibi, 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub.
Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı