Türkiyə Türkiyə kimi oynamadı. Təmkinli olmaq, müdafiə olunmaq başlanğıc üçün yaxşı fikir idi. Hesab da rahat oynamağa imkan verirdi. Amma Niderland kimi rəqiblə sona qədər belə oynaya bilməzsən, bir yolunu tapıb qol vuracaqlar. Necə ki elə də oldu!
BUTA.TV xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev Türkiyə millisinin Niderlanda 1/4 finalda 2-1 məğlub olmasını şərh edərkən qeyd edib.
“Türkiyə millisi müdafiə işinin öhdəsindən də gələ bilmədi. Xüsusilə ikinci qol türklərin arxa xəttinin necə fiasko günündə olduğunu aşkar göstərdi. Ən autsayder yığmalar belə bu cür səhvə yol vermirlər. Biabırçı qol idi”, - ekspert bildirib.
Məstəliyev qeyd edib ki, baş məşqçi Montella turnir boyu komandanın orta xəttinə bir əncam çəkə, nəsə fikirləşə bilmədi:
“Çalxanoğlu və Gülər kimi futbolçulara sahib olub, topun müdafiədən hücuma daşınması mexanizmini qura bilməmək böyük zəifçilikdir.
Ümumilikdə isə Türkiyənin nə meydanda, nə də ondan kənarda lideri, onu arxasınca aparacaq mühərriki var. Başında sərkərdə olmayanda isə türklər uğur qazana bilmirlər. Tarix boyu belə olub”.
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı