Kimsə almanlardan formalarında qartalın səbəbini soruşur? Həm də heç kim fransızlara xoruz haqqında heç nə demir və onlardan soruşmur ki, niyə “xoruzlanırsız”? Merih Dəmiral sevincini bu cür ifadə etdi.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA İntizam Komitəsinin Avro-2024-ün 1/8 finalında Avstriya millisi ilə oyun zamanı Bozqurd işarəsi tutan Türkiyə millisinin müdafiəçisi Merih Dəmiralla bağlı mövqeyini tənqid edərkən deyib.
"Müvafiq şəxslər Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, lazımi tədbirlər görülür”, - Ərdoğan qeyd edib.
O, şənbə günü Niderland yığması ilə görüşdə Türkiyə millisinin növbəti qələbəsinə ümid etdiyini bildirib:
"Hər hansı bir fövqəladə hadisə baş verməsə, mən bu matçda iştirak edəcəyəm”.
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!