Kiyev rejiminin əlavə silahlanmasına heç bir atəşkəs və ya fasilə verilməməlidir. Moskva konfliktin tam və birdəfəlik yekunlaşmasını istəyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
O qeyd edib ki, Kiyev atəşkəs fikrini yaxın buraxmır, çünki bu halda hərbi vəziyyət rejiminin uzadılması üçün bəhanə aradan qalxır:
“Ukrayna hərbi vəziyyətə son qoysa, onlar prezident seçkiləri keçirməli olacaqlar. Ukrayna hakimiyyətinin qalib gəlmək şansları sıfra yaxındır. Rusiya görür ki, Kiyev müharibədən sona qədər əl çəkməyə hazır deyil”.
Putin Ukrayna qoşunlarının Donbas və Novorossiyadan (Rusiyanın Ukraynada işğal edib, özünə birləşdirdiyi ərazilər – red.) tam çıxarılmasını münaqişənin dayandırılmasının şərtlərindən biri adlandırıb.
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!