Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışında iştirak edib.
BUTA.TV xəbər verir ki, Xankəndidəki otelin açılışı vaxtilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Prezident İlham Əliyev arasında Cıdır düzündəki məşhur dialoqu bir daha yada salıb.
İlham Əliyev bir istiqaməti göstərərək Ərdoğana:
- İki qayanın arasındakı yer ki, var. Orası Xankəndi şəhəridir.
Ərdoğan: Hotel oradamı?
İlham Əliyev ürəkdən gülərək: Hayır, hayır. Amma orada da olacaq...
Bu gün Prezident İlham Əliyev artıq Xankəndidə iki otelin açılışı ilə dediyini etmiş oldu.
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi
- “Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert