Xəbər verdiyimiz kimi, tanınmış aktyor, 67 yaşlı Midhat Aydının sosial şəbəkələrdə fəhləlik etdiyini əks etdirən görüntülər yayılıb.
Yayılan görüntülərlə bağlı Kult.az-a danışan aktyor həmin kadrların evində ustalara kömək edərkən qeydə alındığını bildirib.
O qeyd edib ki, 20 il bundan əvvəl Suraxanı dairəsi yaxınlığında tikdirdiyi evin ikinci mərtəbəsi illərdir maddi sıxıntılar, ardınca isə pandemiya görə təmir edilməyib:
“İndi təmir üçün ustalar çağırdım. Çox usta çağırmaq da olmur. Ümumilikdə 3 ustadır. Mən də o görüntülərdə sadəcə olaraq öz təşəbbüsümlə ustalara kömək eləmişəm. Görüntünü də fəhlələr çəkib. İndi də söhbət yayılıb ki, mən tikintidə işləyirəm. Fəhlə işləmək ayıb deyil, lazım gəlsə, gedib işləyərəm. Oğurluq eləmirəm ki? Amma videodakı yer tikinti yeri deyil, öz evimdir. Evimdə də işləməyib, harada işləyəcəyəm? Özümə də sağlamlıqdır. Əziyyət çəkməyi xoşlayıram”.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video
- Məktəblərdə tətil vaxtı dəyişdi - Rəsmi
- Prezident Natiq İbrahimovu bu universitetə rektor təyin etdi
- Naxçıvanda yüksəkvəzifəli şəxs işdən çıxdı
- Bakıdakı bəzi məktəblərdə tədris distant formada olacaq
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- Aeroport şosesində qorxunc qəzanın - Anbaan videosu
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi