BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, COP29 çərçivəsində iki qurumun birgə fəaliyyətinə dair layihələr müzakirə edilib.
Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un dünyada ekoloji problemlərin həlli baxımından uğurlu nəticələr verəcəyinə, bu tədbirin bəşəriyyət üçün yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək istiqamətində növbəti addım olacağına əminlik ifadə olunub.
Qonaq daha sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video
- Məktəblərdə tətil vaxtı dəyişdi - Rəsmi
- Prezident Natiq İbrahimovu bu universitetə rektor təyin etdi
- Naxçıvanda yüksəkvəzifəli şəxs işdən çıxdı
- Bakıdakı bəzi məktəblərdə tədris distant formada olacaq
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- Aeroport şosesində qorxunc qəzanın - Anbaan videosu
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi