Kiyevin vətəndaşlarını öldürməsi dəhşətlidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı danışarkən deyib.
“Əsirlərin dəyişdirilməsi tam sakit şəkildə baş verən bir prosesdir. Ukraynalıların sözün əsl mənasında bir gün sonra evinə dönəcək əsirlərini, yəni vətəndaşlarını öldürməsi tamamilə dəhşətli addımdır. Sadəcə dəhşətlidir”, - o bildirib.
Peskov qeyd edib ki, bu gün heç kim İl-76 qəzasının Rusiya və Ukrayna arasında əsir mübadiləsinin davam etdirilməsi perspektivlərinə necə təsir edəcəyini deyə bilməz.
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi
- Bakıda iki küçə təmirə bağlanır