Qara dənizə giriş qaydaları Pentaqon tərəfindən dəyişdirilə bilməz.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Türkiyəli həmkarlarımız bizə dəfələrlə Montrö konvensiyası mirasının əmanətçiləri olaraq bu sazişin öhdəliklərinə sıx bağlı olacaqlarını söyləyiblər. ABŞ müdafiə naziri Lloyd Ostin işinə qayıdıb və görünür bu anda aktiv olmalarının səbəbi də budur. Uğurlu olacaqlarını düşünmürəm”, - deyə Lavrov jurnalistin sualına cavabında bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Selest Uollander ABŞ-ın Qara dənizdə naviqasiya ilə bağlı Türkiyə ilə birlikdə çalışmaq niyyətində olduğunu bildirmişdi.
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi
- Bakıda iki küçə təmirə bağlanır