Vladimir Zelenski bunkerdə yaşadığı vaxt Günəş işığının və təmiz havanın olmamasından gileynənirdi, sifəti saralmışdı. Kifayət qədər yemək yox idi. Rəsmi qəbullarda şirniyyat paylanır, ümumi mətbəxdə ət konservləri, boyat çörəklər olurdu.
BUTA.TV xəbər verir ki, bunu “Taym” jurnalının jurnalisti Saymon Şuster Ukrayna Prezidenti Vladimir Zelenski haqqında yazdığı “Şoumen” kitabında qeyd edib.
“Sonradan ərzaq təchizatı quruldu. Səhər yeməyində Vladimir Zelenski omlet yeyirdi, köməkçiləri üçün isə hot-doq, kartof və qulyaş hazırlanırdı. Bunkerdə spirt ehtiyatı var idi. Bəzən Ukrayna prezidenti nahara ona qoşulan həmkarlarına şərab süzürdü. Bunkerin sakinləri hərdən filmlərə baxırdılar. Çox vaxt Hollivudun yeni filmlərini seçirdilər. Vladimir Zelenski sovet komediyalarına baxmaqdan imtina etmişdi, çünki hərbi əməliyyatlar başlayandan sonra o filmlər onda süstlük hissi yaratmışdı”, - müəllif bildirib.
Şuster yazır ki, sığınacaq Ukrayna Prezidentinin Kiyevdəki iqamətgahının altında yerləşir:
“Kartdan karta” ödənişlərdə vergi tutulacaq? - “Sübut et ki, bu sahibkarlıq fəaliyyəti ilə bağlıdır”
“Zelenskinin özü solğun idi, köməkçisi onu yeriyən cəsədə bənzədirdi”.
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi
- Bakıda iki küçə təmirə bağlanır