Futbol üzrə Türkiyə Super Liqasının XXII turunda daha üç oyun keçirilib.
BUTA.TV xəbər verir ki, günün ilk matçında "Hatayspor" "Alanyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün digər görüşündə də "Beşiktaş" "Adanadəmirspor"la 0:0 hesablı bərabərliyə razılaşıb. "Pendikspor" isə evdə "Kasımpaşa"nı məğlub edib - 3:2.
Bu nəticələrdən sonra "Beşiktaş" 36 xalla dördüncü, "Adanademirspor" 31 xalla altıncı, "Kasımpaşa" 30 xalla səkkizinci, "Alanyaspor" 26 xalla on ikinci, "Hatayspor" 22 xalla on dördüncü, "Pendikspor" isə 22 xalla on yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir.
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi
- Bakıda iki küçə təmirə bağlanır