Ermənistan müdafiə naziri Suren Papikyan və Qazaxıstan müdafiə naziri Ruslan Jaksilikov arasında görüş baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Tərəflər əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar. Qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.
Görüşün sonunda Papikyan və Jaksilikov 2024-cü il üçün müdafiə sektorunda əməkdaşlıq planı imzalayıblar. Sənəd Ermənistan və Qazaxıstanda bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, S.Papikyan həmkarının dəvəti ilə Qazaxıstanda səfərdədir.
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi