Fransanın AŞPA-ya təsir imkanları genişdir. Fransa senatının deputatları ermənilərə görə özlərini aşağılanmış hiss edir. Buna görə də, Azərbaycandan ermənilərin heyfini çıxırlar.
Bu sözləri BUTA.TV-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib.
R.Musabəyov qeyd edib ki, Monitorinq Komitəsi ədalətsiz qərar qəbul edərsə, Azərbaycanın nümayəndə heyəti AŞPA-nı tərk edəcək.
Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı
- Qalmaqallı veriliş "Birinci kanal"ının saytından silindi