Ermənistan ordusunun Baş Qərargah rəisinin sabiq müavini Tiran Xaçatryanın iştirakı ilə baş verən insidentlə əlaqədar Qarabağda özünü buraxmış separatçıların keçmiş “müdafiə nazirinin müavini” Harri Səfəryanın oğlu Aksen Səfəryan ittiham edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan isə iki ay müddətinə həbs edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, “Erik” restoranında 10-a yaxın insan arasında mübahisə yaranıb və bu zaman Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan silahından atəş açmağa başlayıb. Hadisə nəticəsində Qarabağ ermənisi Qrayr Mnatsakanyan yaralanıb və xəstəxanaya aparılıb.
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı