Bu gün saat 10:15 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.
Bu barədə BUTA.TV-a ADY-dən bildirilib.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
"ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub.
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı