Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloniyə İtaliya-Türkiyə dəhlizi boyunca miqrant axınını əhəmiyyətli dərəcədə azaldacağına söz verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Məlumata görə, onlar bu barədə İstanbulda razılığa gəliblər:
“Meloni İstanbulda olarkən Ərdoğanla miqrasiya sahəsində əməkdaşlığın effektivliyi barədə söhbət edib. Ötən il tərəflər qeyri-leqal miqrant axınını 56% azalda bilib. Söhbət nəticəsində miqrasiya sahəsində əməkdaşlığın davam etdirilməsi və dərinləşdirilməsi barədə razılıq əldə olunub. Üstəlik, yaxın vaxtlarda iki ölkənin XİN-i Liviyadan miqrasiya axınının məhdudlaşdırılmasına dair saziş bağlamaq niyyətindədir”.
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı