Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkar edilib.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb. Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq
- "EFES - 2026" təlimində növbəti tapşırıqlar icra olundu
- Qələbənin 81-ci ildönümüdür
- Paşinyan sərhədimizdə: Dığlı müharibə istəyir - VİDEO
- İTV-nin baş direktoru olmaq istəyənlərin siyahısı açıqlandı
- Sumqayıtda bu yollar bağlı olacaq - Siyahı