İran "Soraya" peykini orbitə çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məlumata görə, SEPAH Aerokosmik Qüvvələri “Soraya” peykini 11 dəqiqə ərzində Yerdən 750 kilometr yüksəklikdəki orbitə uğurla çıxarıb:
"İran Kosmik Agentliyi tərəfindən istehsal edilən tədqiqat peyki “Qaem-100” daşıyıcı raketindən istifadə edilməklə orbitə buraxılıb. "Qaem-100" SEPAH Aerokosmik Qüvvələri tərəfindən hazırlanmış üç mərhələli bərk yanacaq daşıyıcı raketdir".
Bildirilir ki, peykin çəkisi təxminən 50 kiloqramdır.
- DYP-dən sürücülərə çağırış
- Bu ərazilərə qar yağdı
- 25 yaşlı gənc iş yerində öldü
- Qobustanda stansiya ərazisində güclü yanğın - Video
- Bakıda 7 avtobusun hərəkət istiqaməti dəyişdirildi
- Gecə restorandan çıxarkən ov tüfəngi ilə vuruldu
- Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - Foto
- Bu ərazilərdə qaz olmayacaq