Yeni Azərbaycan Partiyası (YAP) Prezident seçkilərində müşahidə aparacaq şəxslərini müəyyənləşdirib.
BUTA.TV xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
Belə ki, iclasda səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, YAP 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...