Bakının Yasamal rayonunda sərxoş vəziyyətdə olan şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək rayon ərazisində tanımadığı iki nəfərin onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu soyğunçuluq yolu ilə aldıqlarını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tohid Məmmədov və 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 26-cı PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...