Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
BUTA.TV xəbər verir ki, görüşdə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüş zamanı ilin yekunları təhlil edilib, növbəti il üçün ali təhsil sahəsində planlaşdırılan tədbirlərin gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin imtahan sessiyası və yaz semestrinə hazırlıq prosesi müzakirə olunub.
Ali təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin yeni strukturları ilə sıx əməkdaşlığının zəruriliyi vurğulanan görüşdə bu sahədə planlaşdırılan fəaliyyət istiqamətlərinə də toxunulub.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Emin Əmrullayev gənc alimlərin fəaliyyətləri, elmi nailiyyətlərinin təşviqi, yeni elmi və akademik məzmunun yaradılması, effektiv kommunikasiyanın vacibliyi və digər bu kimi məsələlərlə bağlı tapşırıqlar verib.
Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi
- Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
- “Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” - İlham Əliyev
- Lalələri bahalı maşınlarla əzənlər saxlanıldı - VİDEO
- Sürücülərin diqqətinə: Bu yollar dumanlı olacaq...