“Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək.
“Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq start götürüb. Voleybol həvəskarlarına ölkə çempionatının oyunları izləmək və dəstək olmaq üçün giriş sərbəstdir. “Nar” Azərbaycan Voleybol Çempionatında öz komandasını təmsil edən bütün voleybolçularımıza uğurlar arzu edir.
Voleybol idman növünü yerli və beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə “Nar” 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı kimi çıxış edib.
Korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir. Mobil operatorun gerçəkləşdirdiyi KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- Sumqayıtda Heydər Əliyevin 103-cü ildönümü qeyd edildi
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi