Azərbaycan Birinci Liqasının 12-ci turu çərçivəsində keçirilən "Karvan"-"Zaqatala" matçında insident yaşanıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, hadisə oyunun 88-ci dəqiqəsində reallaşıb. Hesabda öndə olduqları zaman qonaqların futbolçusu yerə yıxılıb. Bu da Yevlax təmsilçisinin futbolçularının xoşuna gəlməyib. Nəticədə ona etiraz edərək vaxtı uzatmamasını istəyiblər. Bu zaman ara qarışıb.
"Karvan"ın hücumçusu Ruslan Voronsov çiyni ilə rəqib futbolçuya zərbə endirib. Bundan sonra ara bir az da qarışıb. Nəticədə futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub. Voronsov isə etdiyi hərəkətə görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Bu, oyundakı ilk insident deyildi. "Zaqatala"nın vurduğu ikinci qoldan sonra tərəflər arasında mübahisə yaşanmışdı. Ancaq oyunu idarə edən Əli Əliyev yalnız qonaqlardan Steyn Essononuya "qırmızı" göstərmişdi.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı
- Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar
- Şagird sayı az olan məktəblərin rasionallaşdırılması istiqamətində işlər davam etdirilir - Əmrullayev
- Məktəblərin 90 %-i təmir olunub - Əmrullayev
- Prezident Slovakiya Baş nazirinə təşəkkür etdi
- Avropa Parlamenti ilə bağlı mövqeyinə görə Əliyevi nümunə göstərdi