7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı vaxtilə müxalif düşüncələrinə görə seçilən bir çox tanınmış sima artıq seçimini edib: Tanınmış bəstəkar Cavanşir Quliyevdən sonra xalq artisti Flora Kərimova da səsini İlham Əliyevə verəcəyini açıqlayıb.
BUTA.TV xəbər verir ki, keçmiş cəbhəçi Akif İslamzadə Globalinfo.az-a açıqlamasında birmənalı olaraq Prezident İlham Əliyevi dəstəklədiyini bildirib.
O, İlham Əliyevin alternativi olmadığını deyib:
“20 il müddətində özünü təsdiq etdi. Hərçənd mənim münasibətim tamam başqa idi, amma İlham Əliyev özünü bir dövlət adamı kimi necə lazımdır, təsdiq etməyi bacardı. Vəssalam…”
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
A.İslamzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) seçkiləri boykot etməsinə də münasibət bildirib:
“Xalq Cəbhəsi Partiyasından əsər-əlamət qalmayıb. Boykot edir, etsin! Boykot etməyin nə mənası var axı? Bu gün prezidentliyə namizədliklərini irəli sürənlər bəyəm prezident seçiləcəklərinə inanırlar? Boykot da təxmini belə bir şeydir.
Amma mənim kimi köhnə cəbhəçilər ki var, biz hər zaman cəbhəçi olaraq qalacağıq. Cəbhə şərti olaraq addır. Əzəldən millətə, Vətənə, torpağa bağlı olan bizlər böyüklərimizə görmək nəsib olmayan müstəqilliyi gördük”.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- ƏƏSMN kollektivi Ulu Öndərin məzarını ziyarət etdi
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar
- Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı