Prezident seçkilərinə qatılmaq bir insanın həyatında çox önəmli hadisədir.
Bu sözləri BUTA.TV-a prezident seçkilərinə namizədliyini irəli sürən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov deyib.
Fikrət Yusifov əsas rəqibinin (İlham Əliyev - red.) çox güclü olduğunu da vurğulayıb:
“Seçkiyə qatılmaq qərarı verən hər bir kəs anlamalıdır ki, bu, sıradan bir seçki deyil, bir dövlətin başında dayanmaq uğrunda yarışa qatılmaqdır. Bu səbəbdən seçkinin məsuliyyəti yetərincə böyükdür.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
Azərbaycan xalqına Qarabağ zəfəri qazandırmış İlham Əliyevin qarşısında şansımın böyük olacağını düşünmürəm. Ancaq buna baxmayaraq, bu seçkidə iştiraka üstünlük verirəm. Bu platformadan edəcəyim çıxışlarla ölkə iqtisadiyyatına və onun maliyyə sektoruna daha çox töhvə verə biləcəyimi düşünürəm”.
İqtisadçı alim prezident seçkisi zamanı təqdim edəcəyi proqramından da bəhs edib:
“Mən nədən bu seçkilərə qatılmaq qərarı verdim? Məramım nədən ibarətdir? İndi cəmiyyətdə məni tanıyan hər kəsi bu sualların cavabı düşündürür. Mən iqtisadçı aliməm, müstəqilliyimizin ilk illərində ölkədə büdcə, bank, vergi, gömrük və xəzinə sistemlərinin qurulub, yaradılmasında bilavasitə iştirak etmişəm. 1990-cı illərin ortalarına yaxın ölkədə tüğyan edən və illik ölçüləri 1800%-ə çatan hiperinflyasiyanın cilovlanmasında əsas fiqurlardan biri olmuşam.
Son 20 ildən artıq bir zaman kəsiyində ölkənin iqtisadi müstəvisində və maliyyə sektorunda baş verən bütün prossesləri yaxından izləyirəm. 2014-cü ilin sonlarında isə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyini təsis edib, həmin vaxtdan bu günə qədər ölkə mətbuatında Azərbaycan iqtisadiyyatının, maliyyə sektorunun problemlərinin həllinə dair ümumi sayı 5000-dən çox təhlil və açıqlamalarla çıxışlar etmişəm. Bu çıxışlarla irəli sürdüyüm onlarla təklif hökumətin qəbul etdiyi qərarlarda, prezidentin fərman və sərəncamlarında, habelə, digər qanunvericilik aktlarında öz əksini tapıb. Mən ölkə iqtisadiyyatının və onun maliyyə sektorunun bütün problemlərini, onların həlli yollarını bilirəm. Seçkiyə getməkdə də əsas məqsədim bu seçki platformasından istifadə edib, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək iqtisadi islahatlar proqramımı cəmiyyətə təqdim etməkdir”.
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- ƏƏSMN kollektivi Ulu Öndərin məzarını ziyarət etdi
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar
- Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Sabahın hava proqnozu açıqlandı