Rusiya xarici işlər naziri Sergey Lavrov ötən gün ərzində həm türkiyəli həmkarı Hakan Fidan, həm də azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. Bundan bir gün əvvəl isə Lavrov müavini Aleksandr Qruşkoyu Bakıya göndərib. Hiss olunur ki, Kreml bölgəni ABŞ və Avropa Birliyi ilə paylaşmaq istəmir, Ukrayna ilə yanaşı, Cənubi Qafqazda da Vaşinqton və Brüsselə qarşı müqavimətini gücləndirməyə qərar verib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O xatırladıb ki, rusiyalı diplomat (Qruşko) Bakıda Avropa təhlükəsizliyi mövzusunda məsləhətləşmələr keçirib:
“Cənubi Qafqaz və Avropanın təhlükəsizliyi sahəsində mövcud vəziyyət, o cümlədən ATƏT-də qarşılıqlı fəaliyyət, ölkələrimizin AB və NATO ilə münasibətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Rusiyalı diplomat Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında region dövlətlərinin aparıcı rolu və xüsusi məsuliyyətini vurğulayıb. Yəni Kreml Bakıya demək istəyib ki, Vaşinqton və Brüsselə deyil, bölgə ölkələrinə etibar edin. Lavrovun türkiyəli həmkarıyla telefon danışığının mahiyyətində məhz bu amil dayanıb.
Meydanda Türkiyə varsa, Azərbaycana zərər dəyməz”.
- Ayxan Hacızadə Paşinyana cavab verdi
- MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?
- Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat
- Karasevin Bakıya dil uzatmasına Kremldən cavab
- Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...
- Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir
- Zəngəzur dəhlizi üçün yüzmilyonlar xərcləmişik. Niyə? - Video
- Pezeşkian Azərbaycana səfərə hazırlaşır