Allaha şükür, əlimizə normal nazir düşüb. Gəlin, onu indidən ləkələməyək, problem yaratmayaq. İmkan verin, işini görsün. Yoxlanmalı ünvan kino ittifaqlarıdır. Rəsmi surətdə fəaliyyətləri yoxdur. İllərdir kino adı ilə kinoya aid olmayan təşkilatlara dövlət büdcəsindən pul xərclənir.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov Hesablama Palatasının Mədəniyyət Nazirliyi və Kino Agentliyində apardığı yoxlamalar zamanı ayrılmış 10,7 milyon manat vəsaitin aidiyyəti üzrə istifadə edilmədiyinə münasibət bildirərkən deyib.
“Eyni adda iki ittifaq dövlət büdcəsindən maliyyələşə bilməz. Birinin adı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, digərinin adı isə Azərbaycan Kinematoqrafçılar İttifaqıdır. Belə çıxır ki, Azərbaycan başqa, Azərbaycan Respublikası başqadır? Rəsmi surətdə Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqraflar İttifaqının sədrləri, üzvləri Nizami Kino Evində böyük bir tədbirdə bir araya gəldilər. Hər iki ittifaqın sədri bu rüsvayçılığa son qoymaq üçün yazılı bəyanat verdi. İttifaqların fəaliyyəti donduruldu. Qərara əsasən bir ay müddətində yeni qurultay təşkil olunmalı və hər iki ittifaq bir araya gələrək, sədr seçməli idi. Bu məsələnin üzərindən 4-5 ay keçməsinə baxmayaraq, hələ də qurultay təşkil olunmayıb. Hesablama Palatası bu məsələni araşdırmalıdır. Axı biz müraciət etmişik. Bu ittifaqların nizamnamələri ləğv edilməlidir. Bəla kinonun başında fırlanır. Kino çəkən, kinonu yaradan yazıqdır. Nəhəng bir mədəniyyət mərkəzi boğula-boğula qalıb. Hərə bir təşkilat yaradıb, özü üçün qazanc yolu seçib. Kino Agentliyində iki cavan uşaq az maaşa xeyli iş görüb. Orada nəsə var ki, yoxlayırlar?” - Şeyx Əbdül bildirib.
Qeyd edək ki, Hesablamalar Palatası Mədəniyyət Nazirliyi və Kino Agentliyində təşkil etdiyi yoxlamalar 2022-ci ili və 2023-cü ilin 1 avqust tarixinədək olan dövrü əhatə edir. Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
- “Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi” - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- ƏƏSMN kollektivi Ulu Öndərin məzarını ziyarət etdi
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar
- Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - Video
- Bugünkü qəzada həyatını itirən hərbçilərin - Fotoları
- “Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”