Təəssüf ki, hazırda cəmiyyəti narahat edən əsas problemlərdən biri də nikahların pozulmasıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nərgiz Sədrəddinbəyli deyib.
“Adətən boşanmalara cütlüklər arasında xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, zorakılıq halları, sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənar müdaxilə, xəyanət və qısqanclıq faktları səbəb olur. Cütlüklər nikahın pozulmasına qərar verərkən düşünməlidirlər ki, xüsusilə ailədə uşaq varsa, bu onlara daha böyük psixoloji problemlər yaşadır”, - o bildirib.
Mütəxəssis vurğulayıb ki, münaqişələr üçün demək olar ki, yaş meyarı yoxdur:
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
“Sağlam ailə modeli istiqamətində doğru təsəvvürlərin yaranmasında mətbuatın rolu danılmazdır. Bu səbəbdən ailə institutunun bütövlüklə inkişafı üçün nəinki dövlət qurumlarının, eyini zamanda, vətəndaş cəmiyyətinin hər bir üzvünün iştirakı zəruridir. Bu prosesdə milli dəyərlərin qorunub saxlanılması, cəmiyyət arasında sağlam düşüncənin formalaşdırılması da mühümdür”.
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video
- Qazaxıstanlı modellər Bakının mərkəzində... - Video
- Atasının Prezidentlə söhbəti gündəm olan - Şəhid Samirin döyüş yolu
- “Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi” - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- ƏƏSMN kollektivi Ulu Öndərin məzarını ziyarət etdi
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar