İlkin versiyada Azərbaycan və Ermənistan “üçüncü ölkələr siyahısı”nda yer almışdı. Lakin bir müddət sonra onlar möcüzəvi şəkildə oradan yoxa çıxdılar.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistanın AB-nin “Maqnitski siyahısının” uzadılması qərarını dəstəkləyən ölkələr sırasına düşməsi, sonra isə onların adının o siyahıdan çıxarılmasını şərh edərkən deyib.
“Əlbəttə, mənim fikrimcə, bu sualı Brüssel sehrbazlarına vermək daha düzgün olardı, çünki bu, həqiqətən bir növ sehrdir. Bizim qiymətləndirməmizə gəlincə, Brüsselin üçüncü ölkələri sanksiyalara cəlb etməklə antirusiya məhdudiyyətlərini beynəlxalq normalara uyğunluq kimi göstərmək cəhdləri boş, qeyri-konstruktiv, əbəs bir məşqdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, AB-nin BMT Təhlükəsizlik Şurasından yan keçməklə həyata keçirdiyi birtərəfli məhdudlaşdırıcı tədbirlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Qeyd edək ki, Azərbaycan və Ermənistanın adı AB-nin “Maqnitski siyahısı”nın 2024-cü il dekabrın 8-dək uzadılması qərarını dəstəkləyən ölkələr siyahısında hallandırılsa da, qısa müddət sonra siyahıdan çıxarılıb.
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video
- Qazaxıstanlı modellər Bakının mərkəzində... - Video
- Atasının Prezidentlə söhbəti gündəm olan - Şəhid Samirin döyüş yolu
- “Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi” - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- ƏƏSMN kollektivi Ulu Öndərin məzarını ziyarət etdi
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar