Vəziyyəti başa düşməyimiz çox zaman almadı: bir də gördük, kimsə çöldən şüşəni sındırır. Allah ondan çox razı olsun. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi. İlk növbədə “Qarabağ”ın baş meneceri Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik.
BUTA.TV xəbər verir ki, bu sözləri Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən PFL-nin idman şöbəsinin direktoru Elgiz Abbasov Feysbuk hesabında yazıb.
Abbasov bildirib ki, mənəvi, tibbi, fövqəladə yardımlar və ən əsası İlahi qüvvə onları daha pis nəticələrdən xilas edib:
“Ağdam rayonunda olarkən orda daş üstə daş qalmadığını görmüşəm, ona görə israr elədik, hamını Bərdəyə aparın, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəsi kimi davrandı. “Liv Bonadea” hospitalına zəng edəndə təcili yardım maşınında yolda idik. Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
"Yaxınısız?" sözünün məsuliyyəti nə qədər ağır imiş? Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı.
Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan. Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük)”.
Onun sözlərinə görə, Bərdəni ilk olaraq Aslan Şahgəldiyev tərk edib:
“Daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan müəllim xəstəxanadan gələn təcili tibbi yardım maşını ilə reanimasiyaya təhvil alındı”.
Elgiz Abbasov qeyd edib ki, o və Zaur Hacı Məhərrəmov artıq evdədirlər:
“Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var”.
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video
- Qazaxıstanlı modellər Bakının mərkəzində... - Video
- Atasının Prezidentlə söhbəti gündəm olan - Şəhid Samirin döyüş yolu
- “Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi” - Video
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Qəzada həlak olan hərbçilərin - Fotosu
- Çay kənarında özəl gün... - Fotolar