İranda Azərbaycan dili və ədəbiyyatı barədə paylaşımlar edən və əsasən Azərbaycan dilində uşaq ədəbiyyatının təbliği ilə məşğul olan "Kəpənəklər" sosial media kanalı hakimiyyət tərəfindən bağlanıb.
BUTA.TV xəbər verir ki, 13 mindən çox üzvü olan "Kəpənəklər" kanalında Azərbaycan dilində paylaşılan və mövcud olan materiallar silinərək səhifədə "Biz hamımız iranlıyıq" yazılıb.
Eyni adda fəaliyyət göstərən və yalnız uşaqlara Azərbaycan dili və mədəniyyətinin öyrədilməsi ilə məşğul olan"Kəpənəklər" qrupunun da fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, kanal və qurum qanuni şəkildə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin yerli bölməsinin icazəsi ilə fəaliyyət göstərirdi.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video