Dünən Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar seçkilərdə cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında qəbul edilib.Növbədənkənar Prezident seçkiləri, sözün əsil mənasında, əlamətdar, tarixi bir hadisə olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında millət vəkili Kamaləddin Qafarov söyləyib.
Deputat vurğulayıb ki, bu, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən sonra keçirilən ilk Prezident seçkiləri olmaqla bərabər, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək:
“Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan “Heydər Əliyev İli”ni öz tarixində əvvəllər heç zaman olmadığı qədər güclü və sürətlə inkişaf edən ölkə olaraq başa vurmaqdadır”.
K.Qafarov qeyd edib ki, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə ən layiqli namizədini təqdim edib:
“Bu seçki qalib xalqın seçimi olacaq. Heç şübhə yoxdur ki, bütün Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünü təmin edən, onu inamla irəli aparan, uğurlu xarici və daxili siyasət reallaşdıran, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirəcək siyasi liderin yanında olacaqdır”.
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video