Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar aparılmır, bu məsələnin xaç atası Türkiyədir.
BUTA.TV xəbər verir ki, bu iddia ilə Ermənistanın müxalif siyasətçisi Eduard Şarmazanov birbaşa danışıqlar nəticəsində əsirlərin qarşılıqlı dəyişdirilməsi prosesi haqda deyib. O bildirib ki, Rusiya bölgədən gedə bilər:
“Onda biz dərhal Ərdoğanın kiçik qardaşları olacağıq. Burada Rusiyanın neytrallaşdırılması baxımından Türkiyə ilə Qərbin maraqları üst-üstə düşür. Qərbin məqsədi artan Rusiya-Qərb münaqişəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövcudluğunu zəiflətməkdir. Ermənistandakı antirusiya əhval-ruhiyyəsinin səbəbi də budur”.
Şarmazanovun fikrincə, Cənubi Qafqazda Rusiyanın yox, Türkiyənin “gözətçi” olması Qərbin marağındadır.
- Azərbaycan vətəndaşı belə əsir götürüldü - Video
- Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi
- Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…
- İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı