Bəli, biz haradasa səhv etmişik, bəli, haradasa Ermənistanda və Azərbaycanda alınmadı. Gəlin bunu düzəldək.
BUTA.TV BelTA-ya istinadla xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ermənistan və Azərbaycanda bu baş verməzdi, əgər haçansa deyilənlərə qulaq assaydılar. Bunda Paşinyanın günahı yoxdur. Bütün bunları miras aldı. Mən Əliyevlə Serj Sərkisyanın arasında qaldım və açıq şəkildə təklif etdim: “Bu gün nəyin mümkün olduğunu, nəyin edilə biləcəyini qərara almalıyıq”. Bunu etmədilər – cavabını aldılar.
Ermənistan daha yaxşımı oldu? Bu, heç Azərbaycan üçün asan deyil”, - o bildirib.
- Azərbaycan vətəndaşı belə əsir götürüldü - Video
- Los Ancelesdəki Baş konsulluğumuz evakuasiya edildi
- Fidandan Azərbaycan açıqlaması: Sülh üçün fürsətdir…
- İrəvanın banlamasında Makronun qulaqları görünür - Arkov
- Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu
- EASA AZAL təyyarəsinə görə dünyaya müraciət etdi
- Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək?
- İstehsalçılar unun qiymətini açıqladı