Türkiyədə hakimi döyənlər 9 il həbs oluna bilər

11:56 - 13 Dekabr 2023 - KRİMİNAL

 Türkiyədə hakimi döyənlər 9 il həbs oluna bilər

Türkiyəli futbol hakimini döyməkdə şübhəli bilinənlər 1 ildən 9 ilə qədər həbs cəzası ala bilər.

BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

“Türkiyə Cinayət Məcəlləsinə görə, qəsdən sağlamlığa xəsarət yetirmə cinayəti 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin belə bir cinayət “şəxsin ictimai vəzifəsini yerinə yetirməsi ilə əlaqədar” törədilibsə, bu cəza müddəti artırılır”, - məlumatda deyilir.

Qeyd edək ki, Türkiyə çempionatının 15-ci turunun “Ankaragücü” – “Rizespor” görüşü Ankarada baş tutub və 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmadan sonra “Ankaragücü” klubunun prezidenti Faruk Qoca bir neçə nəfərin müşayiəti ilə meydançaya qaçaraq hakim Xəlil Meleri vuraraq onu yerə yıxıb. Hakim yıxılarkən ona bir neçə təpik zərbələri də endirilib. Türkiyə Futbol Federasiyası hakimin döyülməsi səbəbindən ölkədəki bütün liqalarda keçiriləcək oyunları təxirə salıb.

Bu xəbər hal-hazırda çox oxunur
Daha 7 şəhidimiz dəfn olunacaq - Foto

Faruk Qoca artıq saxlanılıb və o, klub prezidenti vəzifəsindən istefa verərək, hər kəsdən etdiyi hərəkətə görə üzr istəyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol