İran Prezidenti İbrahim Rəisinin Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə 5 saatdan artıq davam edən təkbətək görüşündə (7 dekabrda) Ermənistan məsələsi xüsusi diqqət mərkəzində olub.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası Rusiya KİV-ində dərc edilən məlumatlara əsasən informasiya yayıb.
Bildirilib ki, Rusiya media ekspertləri Rəisi və Putinin Cənubi Qafqaz regionu ilə bağlı danışarkən, Ermənistanın qərbyönlü siyasətini müzakirə etdiyini bildiriblər.
“Ümumi yanaşmaya görə, Cənubi Qafqaz Tehran və Moskva üçün lazımdır, amma Qərbsiz. Üstəlik, bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul edilir. İrəvan-Paris əməkdaşlığının, xüsusilə müdafiə əlaqələrinin dərinləşməsi, o cümlədən Fransanın Ermənistana silah tədarükü kontekstində Tehran və Moskva həm baş verənlər, həm də baş verəcəklərdən xüsusilə narahatdır”, - məlumatda qeyd edilib.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Məqalədə vurğulanıb ki, İran İrəvan üçün yaxşı qonşu və etibarlı tərəfdaş olmaqda davam edir, lakin Rusiya mətbuatında yayılan fikirlərə görə, Ermənistanın qərbyönlü mövqe tutması Tehranda şübhələr yaradır:
“Ermənistan qərbyönlü mövqeyini dərinləşdirərsə, ola bilsin ki, Tehran Azərbaycanla daha sıx münasibətlər quraraq, regional siyasi mühiti tarazlaşdırmağa çalışacaq”.
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Hər qarış torpaq Azərbaycan xalqına məxsusdur - Prezident
- Hamını kövrəldən an: Samir Sarıyev kimdir? - Video