Yəmənin Ənsar Allah hərəkatından olan husilər İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.
BUTA.TV xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya bildirib.
"Yəmən silahlı qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək”, - məlumatda deyilib.
Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsar Allah hərəkatı Bab əl-Məndəb boğazında iki İsrail gəmisinə raket və pilotsuz uçan aparatla hücum edib.
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
- İkisi də dağlıq ərazidə azdı - Gecə ilə tapıldılar+Video
- Rayonlarda işsizlik artır, əhali Bakıya axışır
- “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...
- Putin nəhayət görüşə hazırdır - Zelenski
- Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video VİDEO
- Gəncədə andiçmə mərasimində izdiham - Video
- “Barselona” “Real”ı udub çempion oldu - Yenilənib
- Vəzifəli şəxs vəfat etdi - Foto