Bakının Yasamal rayonu ərazisində qəza törədərək qaçan “Toyota Prius”un sürücüsü saxlanılıb.
Bu barədə BUTA.TV-a Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu ərazisində “Toyota Prius” markalı, 99 NF 743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırma başlanılıb.
Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü - 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.
- Nazir müavini Balayevin vəfat etdiyi xəstəxanada - Foto
- Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
- Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş
- Rasim Balayev heç kimlə görüşmək istəmirdi - Abbasova
- Bakıda metronun önündə "qayıq sürdülər" - Video
- Yol polisindən sürücülərə müraciət...
- Bakının bu rayonu 3 gündür istiliksiz qalıb
- Eldar Əzizov müşavirə keçirdi